XƏBƏR, SOSİAL
16-09-2020, 10:54

Şəmkirdə yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı maarifləndirmə işləri davam edir

Şəmkirdə yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı maarifləndirmə işləri davam edir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi ilə əlaqədar dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağa davam edir.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi davam edir. Bu virusa yoluxma sayını artıran əsas amillər sırasında yas mərasimlərinin təşkili xüsusi qeyd edilir.


Qərbinfo.az-ın məlumatına görə, Şəmkir şəhəri ərazisində dəfn mərasimi istisna olmaqla, yas mərasimlərinin keçirilməsinin qarşısının alınması məqsədilə rəhmətə gedən şəxsin ailə üzvləri ilə əvvəlcədən maarifləndirici söhbətlər aparılır. Onlara sonrakı günlərin yas mərasimləri yəni üç, yeddi, cümə axşamlarının təxirə salınmasının labüd olduğu bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar qəbul etdiyi qərarları əməl etməyən şəxslər barəsində bundan sonra da, sərt cəza tədbirləri tətbiq ediləcəkdir.






Son Xəbər