XƏBƏR, SOSİAL
16-09-2020, 12:49

Polis Akademiyasına qəbul olan şəmkirli gənc xanım "Qərbinfo.az"-a müsahibə verib

Polis Akademiyasına qəbul olan şəmkirli gənc xanım "Qərbinfo.az"-a müsahibə verib

Şəmkir rayondan bu ilki qəbul imtahanlarında yüksək nəticə əldə edib Polis Akademiyasına qəbul olan abituriyent, xanım idmançı sevincini "Qərbinfo.az"-la bölüşüb.

Salam, xoş gördük.

-Salam xoş gördük.

İlk öncə özünüzü təqdim edin.

-Mən, İbrahimova Turanə İsə qızı 07 iyul 2003 – cü ildə Şəmkir rayon Sabirkənd kəndində anadan olmuşam. 2009 – cu ildə Sabirkənd kənd Söhrab Rüstəmov adına tam orta məktəbin bu ilki məzunuyam.

Müəllimləriniz sizi əlaçı şagird kimi təqdim etdi. Deyilənlərə görə sinif əlaçısı olmusunuz?

-Bəli, kiçik yaşlarımdan kitablara olan marağım və müəllimlərimin tələbkarlığı məni 11 il sinif əlaçısı olmağıma təkan verib. Təhsil aldığım müddətdə də çalışmışam ki, bu adı qoruyum, saxlayım. Çox çalışmağım sayəsində 9 – cu sinif imtahanlarımda əla qiymət almışam.

Turanə xanım, sizin brənizdə daha bir məlumatı əldə etmişik, siz eyni zamanda əlaçı şagird olmaqla yanaşı idmançısınız?

- Bəli, mən idmanla da məşğul oluram. Qeyd edim ki, 6 cı sinifdə oxuyarkən karate ilə məşğul olmağa başlamışam. Üç il müddətində ölkə daxilində keçirilən regionlar arası Respublika yarışlarında iştirak edib, qalibiyyətlər əldə etmişəm. Qeyd edim ki, əldə etdiyim nailiyyətlər mənə bir çox uğurlar qazndırıdı, beləki, 2019 – cu ildə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Şəmkir "Gənc Lider" mükafatı ilə təltif olundum. Bu təltif mənə çox stimul vermişdi.
Polis Akademiyasına qəbul olan şəmkirli gənc xanım "Qərbinfo.az"-a müsahibə verib

Turanə xanlm, yəqin ki, sizin polis olmaq arzunuza, məhz idmanla məşğul olmağınız da təsir edib. Bu belədirmi?

-Bəli, çox düzgün vurğuladınız. Mənim karate idman növü ilə məşğul olmağım, müəllimlərimin təsiri və ürəyimdə olan arzularım məni qarşıma məqsəd qoymağa səslədi. Beləliklə, qarşıma məqsəd qoydum. Mən polis olacam.
Polis Akademiyasına qəbul olan şəmkirli gənc xanım "Qərbinfo.az"-a müsahibə verib

Bu qərarınız necə qarşılanmışdı?

-Bu fikirim hər kəsi heyrətləndirdi, ailə üzvlərimi belə. Amma məqsədimdən dönmədim. Nəhayət ki, 2020 – ci ildə Sabirkənd tam orta məktəbin məzunu oldum. Əlbəttə ki, pandemiya dövründə təhsilin çətinləşməsinə baxmayaraq keçirilən qəbul imtahanlarında 607 bal topladım. Nəticəmi əldə edib məqsədimə çatdım və Polis Akademiyasının kursantı adını qazandım.

Müsahibənin sonuna gəldik, ürəyinizdə demək istədiyiniz söz qalmayıb ki?

-Əlbəttə qalıb. Bu nailiyyətlərimə görə üzərimdə əməyi olan insanlara hər zaman minnətdar olduğumu bildirmək istəyirəm.

Maraqlı müsahibəyə görə sizə təşəkkür edir və gələcək işlərinizdə uğurlar arzulayırıq.

-Çox sağ olun! Mən də "Qərbinfo.az" kamandasına uğurlar arzulayıram.

Tural Əliyev,Şəmkir






Son Xəbər