XƏBƏR, İDMAN
11-05-2017, 11:41

Bir qolunun qiyməti 143 min imiş!

Bir qolunun qiyməti 143 min imiş!Britaniyanın "Daily Mail" nəşri "Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviçin müqaviləsinin maddi tərəfləri barədə yeni yazı dərc edib.

Qərbinfo.az xəbər verir ki, təkcə bu mövsüm vurduğu qollara görə isveçli oyunçu 2 milyon 800 min funt (3 milyon 600 min dollardan bir qədər çox) qazanıb.

"The Dirty Business" kitabındakı faktlara əsasən hazırlanan bu yazıda bildirilir ki, müqaviləyə əsasən, İbrahimoviç "qırmızı şeytanlar"ın heyətində vurduğu bir rəsmi qola (istənilən turnirdə) görə 143 min funt (təqribən 185 min dollar) gəlir götürüb.

Bildirilir ki, "MY" müqavilədə qollarla bağlı hissəni 4 kateqoriyaya bölüb və qiymət mərhələ-mərhələ artırılıb. İbrahimoviç ilk qola görə 47 min funt (İngiltərə superkubokunda "Lester"lə matçdan sonra) qazanıb. Müqaviləyə əsasən, 5 qoldan sonra 1 qola görə rəqəm 79 min, 10 qoldan sonra 111 min, 16 qoldan sonra isə 143 min funta qalxıb.

Bundan başqa, Zlatan "MY"də bir həftəsinə görə, əlavə olaraq 376 min funt qazanırmış.

Qeyd edək ki, o, 2016/17 mövsümündə "MY"də bütün rəsmi oyunlarda ümumilikdə 28 qol vurub.






Son Xəbər