XƏBƏR, SOSİAL
15-09-2020, 19:54

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

İkili diplom proqramı üzrə əlavə qəbul üçün müsabiqə elan edilir

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisası istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilir.

Təhsil Nazirliyindən Qərbinfo.az-ın verilən məlumata görə, sənəd qəbulu üzrə son müraciət tarixi 20 sentyabr 2020-ci ildir.

Qeyd edək ki, sözügedən proqram çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.






Son Xəbər