XƏBƏR, SOSİAL
15-09-2020, 15:00

Şəmkirli gənc Cənubi Koreyada Azərbaycan haqqında yerli məktəbliləri məlumatlandırıb

Şəmkirli gənc Cənubi Koreyada Azərbaycan haqqında yerli məktəbliləri məlumatlandırıb


Bildiyiniz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi xaricdə yaşayan, təhsil alan və çalışan həmyerlilərimizlə mütamadi əlaqələr saxlayır, onların fəaliyyətlərinə geniş yer verilir.

Qərbinfo.az xəbər verir ki, rəsmi səhifənin bu dəfəki qonağı Cənubi Koreyada təhsilini başa vurub, həmin ölkənin tanınmış universitetlərindən birində çalışan Leyla Məsimlidir.

Leyla bu günlərdə C.Koreyanın İnçon şəhərində yerləşən Songdo oğlanlar məktəbində şagirdləri ölkəmizin tarixi, dili, mədəniyyəti, mətbəxi və turizm potensiyalı barədə məlumatlandırıb, onlara iki günlük Azəraycan haqqında dərs keçib.






Son Xəbər