XƏBƏR, DÜNYA
14-09-2020, 23:58

ABŞ-da polis zorakılığına qarşı yeni aksiya başlayıb

ABŞ-da polis zorakılığına qarşı yeni aksiya başlayıb

ABŞ-ın Pensilvaniya ştatında 27 yaşlı Rikardo Munyos adlı şəxsin polis tərəfindən öldürülməsinə etiraz olaraq növbəti aksiya başlayıb.

Qərbinfo.az-ın məlumatına görə, etiraz aksiyası ştatın Lankaster şəhərində keçirilib.

Polis idarəsinin binası yaxınlığına toplanan etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Qeyd olunur ki, R.Munyosun öldürülməsi ilə bağlı insident sentyabrın 13-də baş verib. Həmin şəxsi qətlə yetirən polis müvəqqəti vəzifədən kənarlaşdırılıb.

Xatırladaq ki, son bir neçə ay ərzində ABŞ-ın bir neşə ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir.






Son Xəbər