XƏBƏR, SOSİAL
14-09-2020, 21:32

İxtisas seçimi edən abituriyentlərin nəzərinə!

İxtisas seçimi edən abituriyentlərin nəzərinə!

Məlum olduğu kimi, dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisasların müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılırlar.

Dövlət İmtahan Mərkəzindən Qərbinfo.az -a bildirilib ki, Bakı Ali Neft Məktəbinin (BANM) bütün ixtisaslarına qəbul olan tələbələrə birinci kursda hazırlıq proqramı əsasında “İngilis dili 1 və 2”, “İnformasiya-kommunikasiya texnologiyalarının mühəndislikdə tətbiqi 1 və 2” fənləri tədris olunur. Bu hazırlıq ili “Foundation” adlanır. Bakı Ali Neft Məktəbinin təklifini nəzərə alaraq, BANM ixtisaslarının müsabiqəsində iştirak etmək üçün qeyd olunan məhdudiyyət ləğv olunub.

Bundan əlavə, xarici dil kimi digər dillərdən (rus, alman, fransız) imtahan verən abituriyentlərin də Bakı Ali Neft Məktəbinin ixtisasları üzrə müsabiqədə iştirakına icazə verilib.






Son Xəbər