XƏBƏR, MANŞET-SLAYDER, MƏDƏNİYYƏT
12-09-2020, 15:27

"Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin gənc üzvü rəqs akademiyasına qəbul olub - FOTO

"Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin gənc üzvü rəqs akademiyasına qəbul olub - FOTO

Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin gənc üzvü Hüseynzadə Nihat Şahin oğlu Bakı Xareoqrafiya Akademiyasına qəbul olub.

Qeyd edək ki, N.Hüseynzadə Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin tərkibində fəaliyyət göstərən rəqs dərnəyinin üzvüdür.

Sevincini Qərbinfo.az-a bölüşən gənc rəqqas bildirir: Uzun müddətdir ki, rəqslə məşğul olmaq istəyirdim. Sözün düzü, inanmırdım rayonda belə bir imkan olsun və mən rəqslə məşğul olam, hazırlaşam. Lakin öyrəndim ki, Şəmkir rayonunda Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi var və həmin birliyin tərkibində peşəkar dərnəklər var. Bu xəbər məni çox sevindirdi. Dərhal birliyə müraciət etdim və rəqslə məşğul olmaq arzumun olduğunu bildirdim. Beləliklə, Anar Əliyevin rəhbəri olduğu rəqs dərnəyinə üzv oldum. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, “Gənclərin Mədəni İnkişafı Birliyi” mənim həyatımda müsbət bir rol oynadı, bunun nəticəsidir ki, mən bu gün sevdiyim bir peşəyə yeyələnmk imkanı qazanmışam. Beləki, qəbul imtahanında iştirak etdim və Bakı Xareoqrafiya Akademiyasına qəbul oldum.

Gənc rəqqas əldə etdiyi uğurlara görə Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyinin yaradıcısı, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədova, eyni zamanda birliyin bütün üzvlərinə minnətdarlığını bildirib. O qeyd edib ki, təhsilini başa vurduqdan sonra rayonda bu sənətin daha da inkişaf etməsi üçün gənclər arasında təbliğatına çalışacaq.

Tural Əliyev, Şəmkir
"Şəmkir Gənclərinin Mədəni İnkişafı Birliyi"nin gənc üzvü rəqs akademiyasına qəbul olub - FOTO






Son Xəbər