XƏBƏR, MANŞET-SLAYDER
11-09-2020, 10:53

Şəmkir sakini Prezident İlham Əliyevə minnətdarlıq etdi

Şəmkir sakini Prezident İlham Əliyevə minnətdarlıq etdi

Şəmkir rayon sakini Qarayev Təhsin Fərrux oğlu Prezident İlham Əliyevə Yunanıstanın ölkəmizdəki yeni təyin olunmuş səlahiyyətli səfirini qəbul edərkən qardaş Türkiyə barəsində bildirdiyi dəyərli fikirlərə görə minnətdarlıq məktubu ünvanlayıb.

Qərbinfo.az-ın məlumatına görə məktubda deyilir:

"Hörmətli və əziz Prezidentimiz.

Sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbulu zamanı söylədikləriniz, əsasən də qardaş ölkə Türkiyənin hər zaman yanında olduğumuzu bildirməyiniz məni və düşünürəm ki, bütün Azərbaycanı sevindirdi. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə arasında qardaşlığın və birliyin daha da möhkəmlənməsi hər iki dövlətin vətəndaşlarını razı salır.

Cənab Prezident, Sizinlə fəxr edirəm və Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Qarayev Təhsin Fərrux oğlu

Azərbaycan Respublikası, Şəmkir şəhəri."






Son Xəbər