XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
10-09-2020, 12:27

İcra başçısı daha bir fəal, könüllü gəncə məsuliyyətli vəzifə tapşırıb - ŞƏMKİR

İcra başçısı daha bir fəal, könüllü gəncə məsuliyyətli vəzifə tapşırıb - ŞƏMKİR

Şəmkirin Daşbulaq Kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində nümayəndənin müavini vəzifəsinə təyinat baş tutub.

Şəmkir Rayon İcra Hakimiyyətindən Qərbinfo.az-a verilən məlumata görə, Yusifov Elpərəs Salman oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Rayon İcra Hakimiyyəti başçısının Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elpərəs Yusifov 1988-ci ildə Şəmkir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati idarəetmə, iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirib.

Məlumata görə, E.Yusifov Şəmkir RİH-də könüllü olub işlə təmin olunan 30-cu gəncdir.






Son Xəbər