XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
9-09-2020, 15:28

Şəmkirdə 2020-ci ilin ilk yarım illiyi ilə bağlı göstəricilər açıqlanıb - RƏSMİ

Şəmkirdə 2020-ci ilin ilk yarım illiyi ilə bağlı göstəricilər açıqlanıb - RƏSMİ

Azərbaycanın iqtisadi cəhətdən ən böyük rayonlarından olan Şəmkirdə 2020-ci ilin ilk yarım illiyi ilə bağlı göstəricilər açıqlanıb.

İcra hakimiyyətindən Qərbinfo.az-a verilən məlumata görə, koronavirus pandemiyasına baxmayaraq rayonda bu ilin altı ayında iqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatı, sənaye, tikinti, eləcə də nəqliyyat, rabitə, ticarət və xidmət sahələrində ciddi irəliləyiş olub.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonuna ümumilikdə 1135 layihə üçün 67 milyon 355 min 410 manat məbləğində güzəştli kredit ayrılıb ki, bunun nəticəsində 3805 yeni iş yeri açılıb. O cümlədən, 2020-ci ilin 6 ayı ərzində Fond tərəfindən 4 layihənin reallaşması üçün 66 min manat güzəştli kredit ayrılıb, nəticədə bu kreditlə 4 yeni iş yeri yaradılacaq.

2020-ci ilin 6 ayı ərzində rayon üzrə 54,6 milyon manatlıq investisiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Nəticədə təkcə ilk yarım ildə kənd təsərrüfatı məhsulları istehsalı və satışı, tikinti, ticarət və digər xidmət sahələrinə 23,4 milyon manat yatırılıb. Bu layihələrin reallaşması nəticəsində 825 yeni iş yeri açılacaq.

2020-ci ilin 6 ayı ərzində rayonda 434 milyon 415 min manatlıq (əvvəlki ildəkindən 11,4 faiz çox) ümumi məhsul buraxılıb, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1974 manat təşkil edib.

Müvafiq olaraq 32 milyon 757 min manatlıq sənaye (əvvəlki ildəkindən 16,6 faiz çox), 275 milyon 764 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş (əvvəlki ildəkindən 26,4 faiz çox), nəqliyyat və rabitə xidmətlərinin həcmi 5 milyon 88 min manat (əvvəlki ildəkindən 1,9 faiz çox), ticarət xidmətlərinin həcmi isə 70 milyon 537 min manat təşkil edib.

İlk yarım ildə rayonda 3162 yeni iş yeri, o cümlədən 2603 daimi iş yeri yaradılıb.

Nəticədə Şəmkir rayonu ilk yarım ildə büdcəyə 8,9 milyon manat proqnoza qarşı 9,94 milyon manat vergi və tədiyyələr ödəyib. Proqnozdan əlavə 1 milyon 7 min 500 manat əlavə vəsait büdcəyə ödənilməklə proqnoz göstəricisinə 111,3% əməl edilib.






Son Xəbər