XƏBƏR, İDMAN
31-08-2020, 21:55

"Neftçi" "Qalatasaray"la qarşılaşacaq

"Neftçi" "Qalatasaray"la qarşılaşacaq

İsveçrənin Nyon şəhərində 2020-2021-ci il UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Qərbinfo.az-ın məlumatına görə, püşkatmaya əsasən, Azərbaycan təmsilçisi "Neftçi" Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq.

Bir görüşdən ibarət olan mərhələdə "Neftçi" öz matçını doğma meydanda keçirəcək.

İkinci təsnifat mərhələsinin matçları sentyabrın 17-də keçiriləcək.






Son Xəbər