XƏBƏR, MƏDƏNİYYƏT
9-05-2017, 18:05

Təmsilçimiz bu gün səhnəyə çıxacaq - “Eurovision 2017”

Təmsilçimiz bu gün səhnəyə çıxacaq

















Kiyevdə keçirilən “Eurovision 2017” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk yarımfinalda çıxış edəcək.

Qərbinfo.az xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə təmsilçimiz “Skeletons” mahnısını ifa edəcək.

Ölkəmizdən başqa, ilk yarımfinalda iştirak edəcək ölkələr bunlardır:

İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya, Latviya.

Qeyd edək ki, Dihaj müsabiqədə 8 nömrə altında çıxış edəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.






Son Xəbər