XƏBƏR, MANŞET-SLAYDER, SOSİAL
24-08-2020, 10:57

Şəmkirdə 672 məcburi köçkün ailələri üçün çoxmənzilli yaşayış binası tikiləcək

Şəmkirdə 672 məcburi köçkün ailələri üçün çoxmənzilli yaşayış binası tikiləcək

Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən çoxmənzilli yaşayış binaları tikiləcək.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov məcburi köçkünlər üçün tikiləcək binaların layihəsi ilə tanış olub.

RİH başçısına bildirilib ki, xüsusi nəfis tərtibatda tikiləcək 672 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binasından ibarətdir. Binaların hər birində 42 mənzil olacaq.

Yaxın günlərdə tikintisinə başlanılacaq şəhərcik müasir görünüşü ilə Şəmkir şəhərinin gözəlliyinə yeni bir görkəm qatacaq və şəhərcikdə 528 şagird yerlik tam orta məktəb və 280 yerlik uşaq bağçası tikiləcək.

Şəhərcikdə inzibati bina, sakinlər üçün idman meydançası, avtobus dayanacağı və ticarət mərkəzi inşa olunacaq.

Layihə ilə tanış olan Alimpaşa Məmmədov bildirib ki, bütün bunlar Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin və dövlətin məcburi köçkünlərə qayğısının həqiqətən də yüksək səviyyədə olduğunun və Azərbaycanın bu səpkidə nümunəvi bir dövlət kimi çıxış etdiyinin əyani təsdiqidir.

Qeyd edək ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərciyin salınması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2018-ci il tarixli, müvafiq sərəncamı ilə şəhər ərazisində 7 hektar torpaq sahəsi ayrılıb.
Şəmkirdə 672 məcburi köçkün ailələri üçün çoxmənzilli yaşayış binası tikiləcək
Şəmkirdə 672 məcburi köçkün ailələri üçün çoxmənzilli yaşayış binası tikiləcək






Son Xəbər