XƏBƏR, İDMAN
18-08-2020, 10:46

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları keçiriləcək.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" Şimali Makedoniya "Sileks"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Oyunu Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün qələbə qazanan növbəti mərhələyə keçəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.






Son Xəbər