XƏBƏR, SOSİAL, VİDEO
13-08-2020, 17:30

Şəmkir TV "Gənc Sən" adlı yeni layihəsini təqdim edir

 Şəmkir TV "Gənc Sən" adlı yeni layihəsini təqdim edir

Şəmkir TV, Gənclərin İnkişaf və Karyera Mərkənin Şəmkir nümayəndəliyi ilə birgə yeni "GəncSən" adlı layihəyə start verib.

Qərbinfo.az xəbər verir ki, layihənin məqsədi Şəmkirdən olan yaradıcı və istedadlı gəncləri cəmiyyətə tanıtmaq, onların inkişafına töhfə verməkdir.

Proqramın ilk qonağı, görmə məhdudiyyətli gənc Mehrac Dünyamalıyevdır. Mehrac saz ifaçısı olmaqla yanaşı, həm də həvəskar müəllimdir.
Qeyd edək ki, layihə çərçivəsində həftədə bir dəfə proqramımız yayımlanacaq.

Sizin də tanıdığınız, istedadlı gənclər varsa Şəmkir TV-yə müraciət edərək həmin gəncin tanıdılmasına dəstək olun. Bunun üçün TV-nin facebook və ya instagram səhifəsinin inboxuna yaza bilərsiz.






Son Xəbər