XƏBƏR, SİYASƏT
12-08-2020, 18:40

BƏƏ səfirinin Azərbaycandakı fəaliyyəti başa çatıb

BƏƏ səfirinin Azərbaycandakı fəaliyyəti başa çatıb


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Mohamed Alqubaisinin ölkəmizdə diplomatik fəaliyyəti başa çatıb.

Qərbinfo.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfirlə vida görüşü keçirib.

Görüşdə tərəflər Azərbaycanla BƏƏ arasındakı uğurlu əlaqələrdən razılıq ifadə edib, gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.






Son Xəbər