XƏBƏR, İDMAN
12-08-2020, 10:56

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün Azərbaycan Premyer Liqasının püşkü atılacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti – 2020/2021-ci illər mövsümünün püşkü atılacaq.

Qərbinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutacaq püşkatma mərasimi klub və KİV nümayəndələri üçün qapalı olacaq.

Tədbir saat 15:00-da başlanacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, 2020/2021 mövsümündə də Premyer Liqada ötən mövsüm çıxış etmiş səkkiz komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Sabah”, “Səbail” və “Qəbələ” mübarizə aparacaq.






Son Xəbər