XƏBƏR, ŞƏMKİR VİRTUAL TUR
11-08-2020, 10:13

Şəmkirli kümçülər bu il 14 tondan çox barama təhvil veriblər

Şəmkirli kümçülər bu il 14 tondan çox barama təhvil veriblər

Ölkəmizdə baramaçılığın inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramına uyğun olaraq, 2016-cı ildən Şəmkir rayonunda barama istehsalına başlanılıb.

Bu il 14071,7 kiloqram barama istehsal edilərək “Azərİpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilib.

Təhvil verilmiş barama məhsuluna görə Cəmiyyət tərəfindən istehsalçılara 53min 817 manat vəsait ödənilib, 66 min 984 manat subsidiyanın ödənilməsi üçün isə aidiyyəti sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Rayonda barama istehsalını genişləndirmək məqsədilə 2016-cı ildən Çin Xalq Respublikasından gətirilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 166 min çəkil ağacı əkilib.

Qərbinfo.az






Son Xəbər