XƏBƏR, ŞƏMKİR VİRTUAL TUR
11-08-2020, 09:49

Şəmkirdə mal-qaranın baş sayı 328 mini ötüb

Şəmkirdə mal-qaranın baş sayı 328 mini ötüb

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalının üstünlük təşkil etdiyi Şəmkir rayonunda, eyni zamanda, heyvandarlığın da inkişafı diqqət mərkəzindədir.

Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 56174 başa, qoyun və keçilərin sayı isə 272 min 702 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 2112 baş artıb.

Bu ilin 6 ayı ərzində 4768 ton ət (diri çəkidə), 26 min 422 ton süd, 516,7 ton yun, 15 milyon 557 min ədəd yumurta istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 3,7 faiz artıb.

Qərbinfo.az






Son Xəbər