XƏBƏR, ŞƏMKİR VİRTUAL TUR
11-08-2020, 09:16

Şəmkirdəki istixanalarda 10 mindən çox işçi çalışır

Şəmkirdəki istixanalarda 10 mindən çox işçi çalışır

Şəmkirdə kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün görülmüş zəruri tədbirlər rayonda bu il də aqrar sahədə, xüsusən bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlığa nail olunması ilə nəticələnib.

Qərbinfo.az xəbər verir ki, Hazırda Şəmkir rayonunda ümumi sahəsi 1025 hektar olan istixanalarda 10 min nəfərdən artıq işçi çalışır.

Mövcud istixanaların 817 hektarında pomidor, 206 hektarında xiyar, 2 hektara yaxın sahədə isə çiyələk yetişdirilir. İstixanalarda yetişdirilmiş 65 min tona yaxın pomidorun 46 min tonu Rusiyaya ixrac edilib, 19 min tona yaxını isə respublikamızın ərazisində satılıb.

Ötən altı ayda 6534 hektar sahədə kartof, 6407 hektarda tərəvəz, 152 hektarda bostan, 1624 hektarda qarğıdalı, 924 hektarda günəbaxan, 10374 hektarda isə yem bitkiləri əkilib.

Bu il 225 hektar sahədə şəkər çuğunduru əkilib və payız fəslində məhsulun yığımına başlanılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kind Təsərrüfatı İnformasiya Sistemində (ETKİS) 14808 nəfər fermer qeydiyyatdan keçib. Qeydiyyatdan keçən fermerlərdən 10955 nəfəri əkinləri haqqında məlumatı ETKİS-də bəyan edib. Qeyd edilən dövrdə ümumi bəyan sayı 30670 ədəd olub.






Son Xəbər