XƏBƏR, SOSİAL
11-08-2020, 08:42

Avqustun 11-dən bu kəndə təbii qaz verilməsində fasilələr olacaq

Avqustun 11-dən bu kəndə  təbii qaz verilməsində fasilələr olacaq

Sabah saat 09:00-dan etibarən Şəmkir rayonun Bayramlı kəndində təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Qərbinfo.az xəbər verir ki, “Azəriqaz” İB-dən verilən məlumata görə, diametri 1220 mm-lik “Qazıməmməd-Qazax” 2-ci xətt magistral qaz kəmri üzərində quraşdırılmış avadanlıqların təmir-təftiş olunması ilə əlaqədar avqustun 11-də “Bayraml” QPS-də təbbi qaz təchizatı dayandırılacaq. Bununla əlaqədar Şəmkir rayonunun Bayramlı kəndinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Şəmkir Regional qaz İstismarı İdarəsindən bildirilib ki, təmir işləri ən qısa zamanda yekunlaşacaq və qaz təchizatında fasilələr aradan qaldırılacaq.






Son Xəbər