XƏBƏR, SİYASƏT
10-08-2020, 12:21

Ceyhun Bayramov Türkiyəyə gedir

Ceyhun Bayramov Türkiyəyə gedir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

Qərbinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər avqustun 11-də baş tutacaq.

Qeyd edək ki, bu, C.Bayramovun Xarici İşlər naziri kimi xaricə ilk səfəri olacaq. Səfər zamanı ikitərəfli və regional məsələlər, həmçinin qlobal hadisələr barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.






Son Xəbər