XƏBƏR, İDMAN
10-08-2020, 09:23

Açıq havada idman yarışlarına icazə verildi

Açıq havada idman yarışlarına icazə verildi

Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə qoyulan məhdudiyyət götürülüb.

Qərbinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci ilin avqustun 10-u saat 00.00-dan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə icazə verilir.






Son Xəbər