XƏBƏR, SOSİAL
8-08-2020, 18:29

Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq

Dövlət Məşğulluq Agentliyi gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində gələn ildən beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığına başlayacaq.

Nazirlikdən Qərbinfo.az-a bildirilib ki, Agentlik ilk mərhələ kimi, 2021-ci ildə 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığını həyata keçirməyi planlaşdırır. Bu, istehsalatda innovativ texnologiyaların tətbiqinin geniş vüsət aldığı şəraitdə işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyır. Qeyd edilən mütəxəssis hazırlığının təşkili üçün hazırda beynəlxalq tərəfdaşlarla da müzakirələr aparılır.

Keyfiyyət idarəetmə sistemləri üzrə hazırlanmış mütəxəssislər həm yerli, həm də xarici şirkətlərdə müvafiq peşə-ixtisas sahələri üzrə işləmək bacarığına malik olacaqlar.






Son Xəbər