XƏBƏR, SOSİAL
4-08-2020, 22:25

Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

Sabah rezidenturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 5-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcək.

DİM-dən Qərbinfo.az-a bildirilib ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 6 binada, Naxçıvan şəhərində isə 1 binada təşkil olunacaq. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” namizədin özü tərəfindən imzalanır. Bəyannamə zal nəzarətçisinə təhvil verildiyi üçün ayrıca vərəqdə çap olunmalıdır.

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının imtahan binasına gəlib və imtahandan sonra qayıtmasına icazə veriləcək.

Xatırladaq ki, avqustun 5-də keçiriləcək rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak etmək üçün 1525 namizəd ərizə verib.






Son Xəbər