XƏBƏR, SOSİAL
4-08-2020, 21:50

“WhatsApp”da yeni funksiya - Feyk məlumatları aşkarlamaq mümkün olacaq

“WhatsApp”da yeni funksiya - Feyk məlumatları aşkarlamaq mümkün olacaq

WhatsApp messencerində yeni funksiya hazırlanıb. Bunun köməyi ilə istifadəçilər onlara göndərilən mesajlardakı faktların doğruluğunu yoxlaya biləcəklər.

Qərbinfo.az xəbər verir ki, söhbət beş və daha çox istifadəçi tərəfindən yönləndirilən ismarıcların yanında görünəcək lupaya basdıqda istifadəsi mümkün olacaq internet axtarışından gedir.

Böyüdücü şüşə simgesi vasitəsilə istifadəçilər internetdə tapılan əlaqəli məlumatları nəzərdən keçirərək, bu və ya digər faktın etibarlılığını tez bir zamanda yoxlaya biləcəklər.

Yeni funksiya dezinformasiyalar və sui-qəsd nəzəriyyələrinin yayılması ilə mübarizə məqsədilə hazırlanıb. Məsələn, koronavirusla effektiv mübarizə apara biləcək bəzi vasitələr haqqında mesaj aldıqdan sonra istifadəçi etibarlı mənbələrə müraciət edərək bunun düzgünlüyünü asanlıqla yoxlaya bilər. Yeni funksiya məşhur mesencer istifadəçilərinə yönləndirilmiş mesajlardakı məlumatların düzgünlüyünü müstəqil şəkildə yoxlamağa kömək edəcək.

Tərtibatçılar qeyd edirlər ki, yoxlama üçün seçilmiş məlumat birbaşa brauzerə göndərilir.

WhatsApp mesaj doğrulama funksiyası hazırda ABŞ, Böyük Britaniya, İspaniya, İtaliya, İrlandiya, Braziliya və Meksikadakı Android və iOS istifadəçiləri üçün əlçatandır. Bu funksiyanın digər ölkələrdə nə zaman istifadəyə veriləcəyi hələ məlum deyil.






Son Xəbər