XƏBƏR, SOSİAL
4-08-2020, 21:26

BNA əlavə olaraq 5 ekspres xətt təşkil edir

BNA əlavə olaraq 5 ekspres xətt təşkil edir

İndiki halda bizim üçün vacib olan vətəndaşlarımızın rahatlığıdır. Bakıətrafı kənd və qəsəbələrə əlavə olaraq 5 ekspres xətt təşkil olunacaq.

Qərbinfo.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, ekspres xətlərin təşkili sərnişin sıxlığının qarşısının alınması üçün önəmlidir: "Yeni ekspres xətlərin təşkilində məqsəd Bakıətrafı ərazilərdə sərnişin sıxlığının qarşısını almaq məqsədi daşıyır.

Xüsusən də çimərliklərə icazələrin verilməsi Bakıətrafı ərazilərə gediş-gəlişi artırır. Bütün vətəndaşlarımızın ictimai nəqliyyata əlçatımlılığı təmin olunur. Sərnişlər, həmçinin iritutumlu avtobuslarla təmin ediləcək".






Son Xəbər