XƏBƏR, SİYASƏT
4-08-2020, 15:26

“Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur” - Hikmət Hacıyev

“Nazirlərin görüşü barədə bizdə məlumat yoxdur” - Hikmət Hacıyev

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüş barədə bizdə məlumat yoxdur".

Qərbinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi üzrə hər hansı bir görüşün keçirilməsi ilə əlaqədar bizdə məlumat yoxdur", - deyə PA rəsmisi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl "RİA Novosti" agentliyi ATƏT-in Minsk Qrupu çərçivəsində 3+2 formatlı, yəni Rusiya, ABŞ, Fransa nümayəndəsi olan həmsədrlər, həmçinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında payızın əvvəllərində görüş keçirilə biləcəyinə dair məlumat yayıb.






Son Xəbər