XƏBƏR, MƏDƏNİYYƏT
8-05-2017, 19:47

Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcək

Azərbaycanın “Eurovision” təmsilçisi sabah ilk yarımfinalda çıxış edəcəkAzərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Diana Hacıyeva sabah “Skeletons” mahnısı ilə ilk yarımfinalda çıxış edəcək.

Qərbinfo.az-ın məlumatına görə, birinci və ikinci yarımfinalların hər birində müvafiq olaraq 18 iştirakçının çıxışı planlaşdırılıb.

Birinci yarımfinalda Azərbaycanla yanaşı, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və başqa ölkələri təmsil edən iştirakçılar öz ifalarını təqdim edəcəklər. Azərbaycan təmsilçisinin çıxışı Bakı vaxtı ilə saat 23:25-də gözlənilir.

İkinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, “Eurovision - 2017” mahnı müsabiqəsi Ukraynanın paytaxtı Kiyevdə, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq.






Son Xəbər