XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
4-08-2020, 11:54

Şəmkir sakini Prezidentə yazır: Sizin Vətən sevginiz xalqımıza dəstəkdir

Şəmkir sakini Prezidentə yazır: Sizin Vətən sevginiz xalqımıza dəstəkdir

Şəmkir rayon Tatarlı kənd sakini Qasımova Zülfiyyə Telman qızı Prezident İlham Əliyevə müraciət edib.

Qərbinfo.az-ın məlumatına görə müraciətdə deyilir:

"Hörmətli cənab Prezident.

Böyük azərbaycanlı və böyük vətənpərvər Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” kəlamı hamımız üçün bir örnəkdir. Hər şeydən öncə doğma torpağı və Vətəni sevən, onun adını uca tutan və bu yolda gerçək cəfakeş olan Ulu Öndərin həyatı gənc nəslin vətənpərvərlik, yurdsevərlik ruhunda tərbiyəsində xüsusi önəm kəsb edir.

Bu gün isə Sizin Vətən sevginiz xalqımıza dəstəkdir. Uşaqdan böyüyə hamımız “Vətən, Qarabağ, İlham Əliyev naminə" deyərək düşmənin üzərinə yeriməyə hazırıq. Bu mübarizədə qeyrətli, qürurlu, vətənpərvərlər qadınlar da igidlərimizlə bir sırada durmağa hazırdır.

Hörmətlə,

Qasımova Zülfiyyə Telman qızı

Azərbaycan Respublikası, Şəmkir rayonu, Tatarlı kəndi."






Son Xəbər