XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
4-08-2020, 10:50

Şəmkirdə baramaçılıq sahəsinin inkişafında artım müşahidə olunub - RƏSMİ

Şəmkirdə baramaçılıq sahəsinin inkişafında artım müşahidə olunub - RƏSMİ

Şəmkir rayonunda Baramaçılıq sahəsində əldə olunan nailiyyətlər bu sahənin çəkisini artırıb.

Qərbinfo.az xəbər verir ki, bu il Şəmkirdə 14071,7 kiloqram barama istehsal edilib.

“Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilən məhsulun müqabilində “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsalçılara 53 min 817 manat vəsait ödənilib və 66 min 984 manat subsidiyanın ödənilməsi üçün isə aidiyyəti sənədlər Kənd Təsərrüfatı Nazirliyinə təqdim edilib.

Qeyd edək ki, barama istehsalını genişləndirmək məqsədilə son 2016-cı ildən Çin Xalq Respublikasından gətirilmiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 166 min ədəd çəkil ağacları əkilib.

Tural Əliyev, Şəmkir






Son Xəbər