XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
4-08-2020, 10:26

Şəmkirdə heyvandarlıq sahəsi üzrə 6 ay ərzində yüksək məhsuldarlıq əldə olunub - RƏSMİ

Şəmkirdə heyvandarlıq sahəsi üzrə 6 ay ərzində yüksək məhsuldarlıq əldə olunub - RƏSMİ

Şəmkir rayonunda heyvandarlığın inkişafı, bu sahənin problemləri daim diqqət mərkəzində saxlanılır.

Qərbinfo.az xəbər verir ki, rayonun heyvandarlıq sahəsi üzrə 6 ay ərzində yüksək məhsuldarlıq əldə olunub.

Qeyd edək ki, rayonda iri buynuzlu mal-qaranın sayı 56174 başa, qoyun və keçilərin sayı 272 min 702 başa çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qoyun və keçilərin sayı 2112 baş artım müşahidə olunur.

2020-ci ilin 6 ayı ərzində 4768 ton ət (diri çəkidə), 26 min 422 ton süd, 516,7 ton yun, 15 milyon 557 min ədəd yumurta istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 3,2 faiz, yumurta istehsalı 3,7 faiz artmışdır.

Tural Əliyev, Şəmkir






Son Xəbər