XƏBƏR, MANŞET-SLAYDER, İQTİSADİYYAT
4-08-2020, 09:40

Şəmkirin aqrar həyatı - Həyata keçirilən uğurlu tədbirlər və əldə olunan nailiyyətlər

Şəmkirin aqrar həyatı - Həyata keçirilən uğurlu tədbirlər və əldə olunan nailiyyətlər

Şəmkir rayonu Respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.

Rayon üzrə 165 min 631 hektar torpaq sahəsi vardır. Bundan 43 min 525 hektarı dövlət mülkiyyətində, 73 min 240 hektarı bələdiyyə mülkiyyətində, 48 min 866 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

Əkinə yararlı 46 min hektar torpaq sahəsindən 40 min 500 hektarı suvarılan torpaq sahələridir.

Rayon İcra Hakimiyyəti tərəfindən kənd təsərrüfatının inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.

2020-ci ildə 40 min 662 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 14 min 204 hektar sahədə taxıl əkilmişdir ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur. Cari ildə taxıl biçini mövsümündə bugünədək 40-a yaxın kombaynlar vasitəsilə 5121 hektar buğda sahəsi biçilərək hər hektardan orta məhsuldarlıq 34,3 sentner olmaqla 17560 ton, arpa isə 3464 hektar biçilərək hər hektardan orta məhsuldarlıq 31,6 sentner olmaqla 10946 ton məhsul əldə edilmişdir. Hazırda biçin işləri davam etdirilir.

Hesabat dövrü ərzində rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə olunmuş və bu sahədə işlər davam etdirilir.

Hazırda ümumi sahəsi 1025 hektar olan istixanalarda 10 min nəfərdən artıq işçi çalışır. Mövcud istixanaların 817 hektarında pomidor, 206 hektarında xiyar, 2 hektara yaxın sahədə isə çiyələk yetişdirilmişdir. İstixanalarda yetişdirilmiş 65 min tona yaxın pomidor məhsulunun 46 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilmiş, 19 min tona yaxın isə Respublikamızın ərazisində satılmışdır.

Hesabat dövrü ərzində 6534 hektar kartof, 6407 hektar tərəvəz, 152 hektar bostan, 1624 hektar qarğıdalı, 924 hektar günəbaxan, 10374 hektar sahədə yem bitkiləri əkilmişdir.

2020-ci ildə 225 hektar sahədə şəkər çuğunduru əkilmiş və payız fəslində məhsulun yığımına başlanılacaqdır.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kind Təsərrüfatı İnformasiya Sistemində (ETKİS) 14808 nəfər fermer qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən fermerlərdən 10955 nəfəri əkinləri haqqında məlumatı ETKİS-də bəyan etmişdir. Qeyd edilən dövrdə ümumi bəyan sayı 30670 ədəd olmuşdur. Qərbinfo.az






Son Xəbər