XƏBƏR, SİYASƏT
3-08-2020, 18:59

Serbiya Ermənistana silah satışını etiraf etdi

Serbiya Ermənistana silah satışını etiraf etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç bəyan edib ki, Ermənistana silah satışı "ölkənin hərbi sənayesinin xilas edilməsi" məqsədi daşıyır.

Qərbinfo.az xəbər verir ki, Vuçiç bu barədə mətbuat konfransında Serbiya tərəfindən işğalçı ölkəyə satılan, son günlər böyük rezonans doğuran və rəsmi Bakının kəskin qınağına səbəb olan silahlar barədə suala cavab verərkən deyib.

Prezident silah satışının hərbi istehsalın inkişafı üçün yeganə seçim olduğunu bildirib.

"Həm Azərbaycan, həm də Ermənistan bizim dostumuzdur. Hərbi sənayedə iş yerlərini qorumalı olan 17 min insan çalışır. Sizdən prinsip etibarilə soruşuram: gələcəkdə kimə satacağıq? Kimə satsaq da, mütləq digər tərəf narazı olacaq".






Son Xəbər