XƏBƏR, İQTİSADİYYAT
3-08-2020, 19:51

Çaylarda suyun səviyyəsi artıb

Çaylarda suyun səviyyəsi artıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, keçən gün ərzində yağışla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.

Xidmətdən Qərbinfo.az-a bildiriblər ki, Kiçik Qafqaz çaylarında suyun səviyyəsi 9-11, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayda 10, Lənkəran-Astara bölgəsi çaylarında 2-5, Qanıx çayında isə 12 santimetr artım müşahidə olunub.






Son Xəbər