XƏBƏR, SİYASƏT
30-07-2020, 18:00

Şəmkirin Dəllər Cırdaxan kəndinə yeni nümayəndə təyin edilib - RƏSMİ

Şəmkirin Dəllər Cırdaxan kəndinə yeni nümayəndə təyin edilib  - RƏSMİ

Şəmkir rayon Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə yeni təyinat olub.

Qərbinfo.az xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Abbasov Vüsal Tofiq oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər Cırxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilib.

Vüsal Abbasov 12 noyabr 1973-cü ildə Şəmkir rayonun Dəllər Cırdaxan kəndində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.

V.Abbasov bundan öncə Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialında Əməliyyat Şöbəsində aparıcı mütəxəssis vəzifəsində çalışıb.






Son Xəbər