XƏBƏR, SİYASƏT
30-07-2020, 22:26

Tramp prezident seçkilərini təxirə salmaq istəyir

Tramp prezident seçkilərini təxirə salmaq istəyir
ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərini təxirə salmağa çağırış edib.

Qərbinfo.az-ın məlumatına görə, D.Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, pandemiya ilə əlaqədar builki seçkilərdə poçt vasitəsilə səsvermə tətbiq olunsa, nəticələr qeyri-dəqiq və saxta ola bilər:

“Bu, ABŞ üçün çox böyük utanc mənbəyi olacaq”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ə nəzərdə tutulub. Hazırkı prezident Donald Trampın rəqibinin sabiq vitse-prezident Co Baydenin olacağı gözlənilir.






Son Xəbər