XƏBƏR, DÜNYA
30-07-2020, 21:30

NASA Marsa növbəti missiyasını yola saldı

NASA Marsa növbəti missiyasını yola saldı

ABŞ-ın Milli Kosmik Agentliyi (NASA) Marsa növbəti dəfə missiya göndərib.

Qərbinfo.az-ın məlumatına “Perseverance” (İnadkarlıq) adı verilən aparat Florida ştatında Kanaveral kosmodromundan buraxılıb.

Aparat təxminən yeddi aylıq uçuşdan sonra, 2021-ci ilin fevralında Qırmızı planetə çatacaq.

“Perseverance” Marsın süxurlarını tədqiq etməklə, orada əvvəllər həyat əlamətlərinin olub-olmamasına cavab tapmağa çalışacaq.

Qeyd edək ki, bu, son iki həftə ərzində Marsa yola salınan üçüncü missiyadır. Bir müddət Birləşmiş Ərəb Əmirlikləri tarixdə ilk kosmik aparatını Marsın orbitinə yollayıb. Daha sonra Çin Marsın səthinə eniş edəcək aparat yola salıb.

Hazırda isə Marsda NASA-nın "Curiosity" və "InSight" aparatları tədqiqatlar aparır.






Son Xəbər