XƏBƏR, İQTİSADİYYAT
30-07-2020, 14:24

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Mərkəzi Bank uçot dərəcəsini azaltdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.

Qərbinfo.az xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.






Son Xəbər