XƏBƏR, SOSİAL
30-07-2020, 11:52

Şəmkirdə sanitar-epidemioloji qaydalara nəzarət davam etdirilir

Şəmkirdə sanitar-epidemioloji qaydalara nəzarət davam etdirilir

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəmkir rayonunda reydlər davam etdirilir.

Qərbinfo.az xəbər verir ki, RPŞ tərəfindən rayonun 118 ictimai iaşə, ticarət və digər xidmət obyektlərində reydlər həyata keçirilib.

Reyd zamanı qayda pozuntusuna yol vermiş 4 obyek cərimə olunub, 9 ictimai iaşə obyektinin fəaliyyəti dayandırılıb, 30 obyektə isə ciddi xəbərdarlıq edilib.

Qeyd edəki, reydlər davam etdirilir.


Tural Əliyev, Şəmkir






Son Xəbər