XƏBƏR, SOSİAL
30-07-2020, 09:57

Aktaudan daha 30 Azərbaycan vətəndaşı təxliyə edildi

Aktaudan daha 30 Azərbaycan vətəndaşı təxliyə edildi

Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Qazaxıstanda müəyyən səbəblərdən qalan daha 30 həmyerlimiz vətənə yola salınıb.

Qərbinfo.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

Qeyd edək ki, bundan əvvəl Baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 77 nəfər artıq vətənə göndərilib.






Son Xəbər