XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
30-07-2020, 09:29

Şəmkir sakini: Cənab Prezident, xalqımız Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyir

Şəmkir sakini: Cənab Prezident, xalqımız Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyir

Şəmkir rayon Tatarlı kənd sakini Qasımova Yeganə Əli qızı Prezident İlham Əliyevə müraciət edib.

Qərbinfo.az-ın məlumatına görə müraciətdə deyilir:

"Hörmətli cənab Prezident.

Xalqımız Sizə inanır, daxili və xarici siyasətinizi dəstəkləyir. Yorulmaz fəaliyyətinizin nəticəsidir ki, Azərbaycan günəş kimi bütün dünyaya işıq saçır.

Azərbaycan xalqı müasir Azərbaycanın qurucusu, memarı, onu bütün dünyada tanıdan əbədiyaşar ulu öndərimiz Heydər Əliyevi həmişə ehtiramla yad edir. Ümummilli Liderimizin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!” sözləri hər zaman xatirimizdədir.

Aslanın erkəyi, dişisi olmaz - deyib atalar. Xalqımızın bu günlərində qadınlar da kişilərlə bərabər ordumuza dəstəkdir. Biz qadınlar Sizin xalqa olan qayğınızdan qüvvət alırıq, cənab Prezident. Var qüvvəmizlə Vətənin müdafiəsinə hazır olduğumuzu bildiririk.

Hörmətlə,

Qasımova Yeganə Əli qızı

Azərbaycan Respublikası, Şəmkir rayonu, Tatarlı kəndi."






Son Xəbər