XƏBƏR, SOSİAL
29-07-2020, 23:27

“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində

“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində

İdarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsini nəzərdə tutan “Yüksəliş” müsabiqəsi ilə bağlı ən son vəziyyət bu gün AzTV-nin “Hədəf” verilişində müzakirə olunub.

Qərbinfo.az-ın məlumatına görə, studiyanın qonaqları - Gənclər və İdman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və Milli Məclisin deputatı Şahin Seyidzadə müsabiqə və onun mərhələləri, gedişatı haqqında ətraflı məlumat veriblər.

Müsahiblər bildiriblər ki, müsabiqədə yüksək intellektual zəka, qərar qəbul etmə və işin bölüşdürülməsi bacarığı, risk və böhranın idarə edilməsi, strateji düşünmək, kommunikasiya, büdcənin idarə edilməsi bacarığı və sosial məsuliyyət əsas tələblər kimi götürülür.

21-51 yaşı və ali təhsili olan şəxslərin müsabiqədə iştirakı, qaliblərin mükafatlandırılması, 1 il ərzində görülən işlər və digər mühüm məsələlər barədə ətraflı müzakirə aparılıb.

Verilişi AzTV-nin rəsmi “Youtube” kanalından https://www.youtube.com/watch?v=FlW2yml0JYQ izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w






Son Xəbər