XƏBƏR, SOSİAL, HADİSƏ
27-07-2020, 10:53

Şəmkirin Bayramlı kənd sakini 2 nəfər həmkəndlisini bıçaqlayıb - HADİSƏ

Şəmkirin Bayramlı kənd sakini 2 nəfər həmkəndlisini bıçaqlayıb - HADİSƏ

Şəmkir rayonunun Bayramlı kənd sakini iki nəfər həmkəndlisini bıçaqlayıb.

Qərbinfo.az xəbər verir ki, hadisə iyulun 26-da baş verib. Beləki, Şəmkir rayon Bayramlı kənd sakini 20.021994-cü il təvəllüdlü Nağıyev Ruslan Mehdi oğlu qarın nahiyyəsindən daxilə nüfuz edən bıçaq xəsarəti ilə Şəmkir rayon Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub və aldığı xəsarətdən xəstəxanada vəfat edib, eyni zamanda qohumu 19.08.1986-cı il təvəllüdlü Şəmkir rayon Bayramlı kənd sakini Nağıyev Xalid Fərmayıl oğlu sol qarın nahiyyəsinin ön divarının daxilə keçən xəsarəti ilə Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına müraciət edib.

Şəmkir rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxsə bıçaqla xəsarət yetirən şəxs, Şəmkir rayon Bayramlı kənd sakini 02.12.1993-cü il təvəllüdlü Cəfərov İsmət Həsrət oğlu saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Fakta bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.






Son Xəbər