XƏBƏR, SİYASƏT, VİDEO
21-07-2020, 11:20

AXCP-üzvü aldandığını etiraf edib və partiyanın sıralarından çıxdığını bildirib

AXCP-üzvü aldandığını etiraf edib və partiyanın sıralarından çıxdığını bildirib

İyulun 14-də xalq tərəfindən Orduya dəstək məqsədi ilə keçirilən yürüşdə AXCP tərəfindən təxribata cəhd olunması faktı öz əksini tapqda davam edir.

Qərbinfo.az xəbər verir ki, hadisənin bəzi təfərrüatları üzə çıxır. Beləki, AXCP-in sədri Əli Kərimli sadə insanların iştirakı ilə həyata keçirilən yürşdən siyasi alət olaraq istifadə etmək istəyib. O, bununla dövlət çevrilişinə nail olmağa və hakimiyyəti qanunsuz olaraq mənimsəməyə çalışıb.

Qeyd edək ki, təxribatın təfərrüatı sözü gedən partiya üzvlərinin etirafları ilə də aydın olur.

AXCP üzvü Səmsi Kəsəmənli sosial şəbəkələrin birində öz sosial hesabında canlı yayım açaraq hadisənin törədilməsi ilə bağlı bəzi etiraflar edib. O bildirib ki, yürüş zamanı Asif Yusifli onları Milli Məclisin önünə çağıraraq binanın tutalacağını və bununla da Əli Kərimlinin prezident olacağını söyləyib.

S.Kəsəmənli aldandığını etiraf edərək bildirib ki, sözügedən partiyanın sıralarını tərk edib. O, çıxışı zamanı hüquq mühafizə orqanlarına da müraciət ünvanlayıb. Tural Əliyev, Qərbinfo.az







Son Xəbər