XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
18-07-2020, 10:41

"Ermənistan hökuməti öz vətəndaşlarının təhlükəsizliyi naminə münaqişənin həllindəki məsuliyyətini dərk etməlidir"

"Ermənistan hökuməti öz vətəndaşlarının təhlükəsizliyi naminə münaqişənin həllindəki məsuliyyətini dərk etməlidir"

"Ermənistan hökuməti öz vətəndaşlarının təhlükəsizliyi naminə Qafqazda sülhün bərqərar olunması üçün Qarabağ münaqişəsinin həllində məsuliyyətdən boyun qaçırmamalıdır"

Paşinyanın rəsmi facebook səhifəsini izləyərkən, Ermənistan gənclərinin yazışmaları belə diqqət çəkir. Onların müzakirələrdə iştirakı zamanı qeyd etdiyi fikirlərdən və yanaşma tərzlərindən açıq-aydın görmək olur ki, Ermənistan höküməti gəncləri irqçi və şovinist ruhda tərbiyyələndirir. Əlbəttə ki, bu halın olması beynəlxaq sülhün təmin olunmasına və hüquq normalarına ziddir. Eyni zamanda, müasair və qlobal mədəniyyət kontekstində irqçi ruhda formalaşmaq bəşəriyyət üçün təhdid formalaşdırır. Erməni gəncləri bilməlidilər ki, onların bu ruhda tərbiyyələnməsi özlərini dünya xalqlarından geri salır, eyni zamanda Qafqazda olan qonşu ölkələrlə münasibətdən təcrid edir. Onlar anlamalıdırlar ki, Ermənistanın inkişafdan qalmasının əsas səbəblərindən biri, məhz budur.

Gənclər düşünməlidirlər ki, Ermənistan hökumətinin Azərbaycana qarşı əsasız torpaq iddiası onların həyatını nə qədər riskə qoyur. Xüsusi olaraq Ermənistanın orta nəsl nümayəndələri də bu məsələnin dərinliyinə varmalıdılar. Ümumiyyətlə, erməni ataları və anaları dərk etməlidilər ki, onlar öz övladlarına həll edilməmiş münaqişə və ölüm miras qoyub gedəcəklər. Əgər ermənistan vətəndaşları və höküməti öz gələcək nəsillərinin taleyini düşünürlərsə onlar bu münaqişənin həllinə çalışmalıdırlar. Münaqişənin isə bir həlli yolu var, Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını qeyri-şərtsiz geri qaytarmalı və bununla da regionda sülhün bərqərar olnmasının təmin edilməsinə çalışmalıdır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, ermənistan hökuməti öz vətəndaşlarının xoşbəxt gələcəyi naminə bu addımı atmalıdır. Çünki bu, zərurətdir. Bu gün həll olunmamış bu münaqişə Qafqazda sülhün bərqərar olmasına mane olan faktor kimi Ermənistanın üzərinə düşən ciddi məsuliyyətdir. Ermənistan hökuməti bu məsuliyyətdən boyun qaçıra bilməz və bilməyəcək də!

Tural Əliyev
Qərbinfo.az-ın redaktoru






Son Xəbər