XƏBƏR, İDMAN
7-05-2017, 18:10

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verilib

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu mərhələsinə start verilib Bu gün Bakının Azadlıq meydanında “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun sonuncu – beşinci mərhələsinə start verilib.

Qərbinfo.az-ın məlumatına görə, velosipedçilər bu mərhələdə Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 kilometr məsafə qət etdikdən sonra Azadlıq meydanındakı finiş xəttinə çatacaqlar.

Yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir. Dörd turun yekununda şəxsi hesabda “Synergy Baku”nun velosipedçisi Kiril Pozdnyakov liderdir. O, dağ velosipedçiləri arasında liderlik edir. Komanda hesabında isə Ukraynanın “Kolss” komandası yürüş cədvəlinə başçılıq edir.

Veloyürüşün ən gənc iştirakçısı Fransanın “Delko Marsel” komandasının üzvü Con Rodrigesdir.






Son Xəbər