XƏBƏR, İDMAN
7-05-2017, 16:20

Şeydayev komandasına qələbə qazandırdı

Şeydayev komandasına qələbə qazandırdı Slovakiya Fortuna Liqasında 30-cu turun oyunları keçirilir. Qərbinfo.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” da növbəti oyununu keçirib.

Komanda səfərdə “Mixalovtse” klubuyla üz-üzə gəlib. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Şeydayev matçın 74-cü dəqiqəsində meydana daxil olub.

Millimizin üzvü cəmi 10 dəqiqə sonra komandasına qələbə qazandıran qola imza atıb. Oyun elə Şeydayevin vurduğu qolla 1:0 hesabıyla başa çatıb.

Qeyd edək ki, 30 turdan sonra hesabında 64 xal olan “Jilina” 2 tur öncə çempionluğu təmin edib.






Son Xəbər