XƏBƏR, İDMAN
7-05-2017, 13:52

Yığmamızın oyunçusu “Bavariya”ya qol vurdu

Yığmamızın oyunçusu “Bavariya”ya qol vurdu Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XXVI turun oyunları keçirilib. Qərbinfo.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası “Bavariya”lı həmyaşıdları ilə qarşılaşıblar.

Artıq çempionluğu təmin etmiş münhenlilərlə oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dadaşov 34-cü dəqiqədə komandasının ikinci qoluna imza atıb.

Qeyd edək ki, 26 oyundan sonra aktivində 36 xal olan frankfurtlular turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.






Son Xəbər